Anar Əliyevdən, Gədəbəy, Azərbaycan
Hörmətli cənab Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı!
Sizi Türk Dünyasının Ali Ordeni ilə təltif edilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Siz 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək tarixi Zəfərin qazanılmasında müstəsna rol oynadınız, bununla da türk birliyinə misilsiz xidmət etdiniz. Bu fəaliyyətiniz nəinki Azərbaycanda bütün türk dünyasında yüksək qiymətləndirilir. Sizin başçılığınız ilə 30 ildən sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsi türk dünyasında sülhün və ədalətin bərqərar olunmasına zəmin yaradıb.
Sizi uğurlu fəaliyyətinizin yüksək qiymətləndirilməsi münasibətilə bir daha ürəkdən təbrik edir, uzun ömür, cansağlığı arzu edirəm.
Allah Sizi qorusun!
Hörmətlə,
Əliyev Anar Maqsud oğlu,
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Arıqıran kəndi.