Elnur Məmmədovdan, Şamaxı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi bizi olduqca qürurlandırdı. Türkdilli ölkələrin dövlət başçıları belə bir qərar qəbul etməklə Sizin türk dünyası qarşısında göstərdiyiniz misilsiz xidmətlərə yüksək qiymət verdiklərini nümayiş etdirdilər. Bu mükafat Sizin türkdilli dövlətlər arasında, bütövlükdə beynəlxalq miqyasda yüksək nüfuza malik olduğunuzun göstəricisidir.
Cənab Prezident, fəxr edirik ki, Sizin kimi uzaqgörən, qətiyyətli və prinsipial Liderimiz var. Xalqın Sizə bəslədiyi hörmət və məhəbbətin əsasında yorulmaz səyləriniz, hər zaman verdiyiniz sözlərə əməl etməyiniz, ədaləti müdafiə etməyiniz dayanır. Təbii ki, Ali Ordenin Sizə təqdim olunmasında ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən, bölgədə davamlı sülhün və sabitliyin əldə edilməsinə zəmin yaradan tarixi Qələbənin qazanılmasında ortaya qoyduğunuz möhkəm siyasi iradə və qətiyyət mühüm rol oynayır. Sizi ürəkdən təbrik edirik.
Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Məmmədov Elnur Nadir oğlu
Azərbaycan Respublikası, Şamaxı rayonu.