15 noyabr 2021, 18:43

Əliağa Cəfərovdan, Bakı, Azərbaycan


Cənab Prezident,

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Türk Dünyasının Ali Ordeninə layiq görülməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə gələcək işlərinizdə müvəffəqiyyətlər, uzun ömür, cansağlığı arzulayıram.

Qubadlı qəhrəmanları adından hörmətlə,

Cəfərov Əliağa Qafar oğlu,

Filologiya elmləri doktoru, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.