15 noyabr 2021, 18:30

Zümrüd Qəhrəmanovadan, Gəncə, Azərbaycan


Çox hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Siz 44 günlük Vətən müharibəsində düşmənləri həm döyüş meydanında, həm siyasi arenada, həm də informasiya müharibəsində məğlub edərək Azərbaycanın gücünü dünyaya nümayiş etdirdiniz. Bu qəhrəmanlığınız türk dünyasının gələcəyə daha böyük ümidlə, inamla baxmağına şərait yaratdı. Sizin uğurlarınız hər bir azərbaycanlı, türk üçün qürürvericidir.

Bu səbəbdən Sizi Türk Dünyasının Ali Ordeninə layiq görülməyiniz münasibətilə təbrik edirik və gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Qəhrəmanova Zümrüd,

Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizim kafedrasının baş müəllimi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.