Cavad Axundzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Görkəmli şair Əhməd Cavadın ailəsi adından Sizə dərin ehtiram və hörmətimizi bildirmək istəyirəm.
Sizin noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışınız möhtəşəm idi və bizə böyük qürur hissi yaşatdı. Sizin türk birliyinin qurulmasında xidmətləriniz əvəzsizdir. Xüsusilə, rəhbərliyinizlə Qarabağın yağı düşməndən azad edilməsi türk dünyasında böyük sevinc və qürur hissi ilə qarşılanıb. Qarabağın işğaldan azad olunmasına və türk dünyasının birliyi uğrunda xidmətlərinizə görə Türk Dünyasının Ali Ordeni ilə təltif olunmağınız münasibətilə Sizi Əhməd Cavad ailəsi adından təbrik edirəm.
Qoy, uca Tanrı Sizi və ailənizi qorusun!
Dərin hörmətlə,
Axundzadə Cavad Qabil oğlu, görkəmli şair Əhməd Cavadın nəticəsi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.