Təhmasib Novruzovdan, Bakı, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında Türk Dünyasının Ali Ordeni ilə təltif olunmağınız qəlbimizi iftixar hissi ilə doldurdu. Türkün tarixi şöhrətinin özünə qaytarılması yolunda ulu öndər Heydər Əliyevin başladığı siyasi kursun möhtəşəm davamı olan vahid türk məkanı uğrunda müdrikliklə gördüyünüz işlərin bütün türk xalqları tərəfindən bəyənilməsinin və təqdir edilməsinin bariz nümunəsi olaraq, müasir dünyamızın yenilməz siyasi və dövlət xadimi, bütün dünya azərbaycanlılarının əvəzolunmaz lideri olan Zat-alinizə verilən bu yüksək qiymət bütövlükdə xalqımıza verilən yüksək dəyər kimi qəbul edilir.
Yüz illər boyu məşəqqətlər içində yaşamağa məcbur edilmiş bir xalqı tarix üçün çox kiçik zaman içərisində bu qədər yüksəltməklə Siz təkcə bugünkü vətəndaşların deyil, gələcək nəsillərin də əbədi lideri olaraq seviləcəksiniz. Nə xoş bizlərə ki, Zat-alinizlə eyni dövrdə yaşamaq kimi tarixi xoşbəxtlik bizə də nəsib olub.
Hörmətli cənab Prezident, haqlı olaraq bu yüksək mükafata layiq görülməyiniz, xalqımıza yeni möhtəşəm qürur bəxş etməyiniz münasibətilə Sizi və bütün xalqımızı təbrik etməkdən qürur duyur, Sizə böyük türk birliyi və qüdrətli Azərbaycan naminə fenomen fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.
“Azadlıq Hərəkatçıları” İctimai Birliyinin üzvləri adından dərin hörmət, məhəbbət və ehtiram hissi ilə,
Təhmasib Novruzov
Birliyin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.