15 noyabr 2021, 13:00

Zaur Cəfərovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Hər zaman verdiyiniz sözlərə əməl etməyiniz, ədaləti yorulmadan müdafiə etməyiniz, səbr və dəyanətiniz, təşəbbüskarlığınız, hər məsələyə diqqətli yanaşmaq bacarığınız Sizi xalqın gözündə daha da ucaltmışdır.

Türk dünyasının inkişafı və gələcəyinin qurulması yolunda göstərdiyiniz misilsiz xidmətlərlə bütün dünyaya bir daha sübut etdiniz ki, Azərbaycanın qətiyyətli və prinsipial dövlət başçısı, düşünülmüş və uzaqgörən siyasət yürüdən Lideri var. Azərbaycanın tarixində misli görülməmiş uğurlara qızıl hərflərlə imza atan dahi şəxsiyyət İlham Əliyev, Sizinlə qürur duyuram.

Uca Tanrı Sizi və ailənizi qorusun.

Dərin ehtiramla,

Zaur Cəfərov

4 qat dünya və 4 qat Avropa çempionu, Əməkdar idman ustası

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.