08 noyabr 2021, 16:15

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İsraildə yaşayan çoxminlik Azərbaycan icması adından Sizi və Sizin şəxsinizdə bütün xalqınızı əlamətdar tarix – Azərbaycanın Vətən müharibəsində Qələbəsinin birinci ildönümü münasibətilə təbrik edirəm.

Bu Qələbə Azərbaycan xalqının sıx birliyi, əsgərlərinin qəhrəmanlığı və fədakarlığı, həmçinin Siz başda olmaqla, Azərbaycan Respublikası rəhbərliyinin müdrik və uzaqgörən siyasəti sayəsində mümkün olub.

Bu Zəfər azərbaycanlıları qalib millətə, Azərbaycanı isə döyüş meydanında ədalətli mübarizə nəticəsində ərazi bütövlüyünü bərpa etmiş ölkəyə çevirib.

2020-ci il Vətən müharibəsində Azərbaycanın Qələbəsi dönüş nöqtəsi, firavanlaşan Azərbaycanın və sülhsevər xalqınızın yeni tarixinin başlanğıc nöqtəsi olacaq.

Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh və firavanlıq arzu edirəm.

Yaşasın Azərbaycan!

Dərin hörmətlə,

Lev Spivak

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti