Anar Şahmuradovdan, Ağdaş, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza ataraq tarixi ədaləti bərpa etdi. Xalqımız qəhrəman və qürurlu xalq olaraq Zəfər Gününün bir ilini böyük təntənə ilə qeyd edir, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızı dərin hörmətlə anır.
Cənab Prezident, Sizin düşünülmüş siyasətiniz və yüksək diplomatik bacarığınız tarixi qələbəmizin əsasını təşkil edir. İşğaldan azad edilmiş ərazilərimizdə sürətlə həyata keçirilən yenidənqurma və bərpa işləri dövlətimizin iqtisadi gücündən xəbər verir və bizim Zəfər sevincimizə əlavə sevinc qatır.
Sizin şəhid ailələri və müharibə əlillərinə göstərdiyiniz yüksək diqqət-qayğı insanlarımız tərəfindən rəğbətlə qarşılanır. Bizə bütöv, güclü, firavan Azərbaycan bəxş etdiyiniz üçün Sizə ölkə vətəndaşı, bir müəllim olaraq dərin və sonsuz təşəkkürümü bildirirəm. Müstəqil Azərbaycanımızın ən gözəl, şərəfli bayramı olan Zəfər Günü münasibətilə Sizi təbrik edir, Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm.
Ulu Tanrı Sizi və Azərbaycanımızı qorusun.
Hörmətlə,
Şahmuradov Anar Raqif oğlu
Azərbaycan Respublikası, Ağdaş rayonu, Kotanarx kəndi.