29 oktyabr 2021, 13:07
Elxan İmanovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,
Sizin Füzuli rayonuna səfərinizi diqqətlə və böyük qürur hissləri ilə izlədik. Füzulidə bir neçə həyati əhəmiyyətli obyektlərin təməlinin qoyulmasında və Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirakınız tək bizi yox, bütün dünya türklərini qürurlandırdı.
Cənab Prezident, Azərbaycan və Türkiyə dostluğu bütün türk dövlətlərinin birliyinin təməlidir. Biz bununla da fəxr edir və Sizə çox sağ olun deyirik.
Hörmətlə,
İmanov Elxan Əsgər oğlu,
Füzuli rayonundan keçmiş məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.