Türkanə Səfiyarlıdan, Qubadlı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Mən Sumqayıt şəhərində məcburi köçkün ailəsində anadan olmuşam. Torpaqlarımızın işğal olunduğunu valideyinlərimdən və müəllimlərindən öyrənmişəm. Atam doğma Qubadlımızdan həmişə həsrətlə danışırdı. Artıq bu həsrətimiz bitdi, əziz cənab Prezidentimiz. 2020-ci il sentyabrın 27-də başlanmış müharibədə Sizin yeritdiyiniz siyasət, Ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımız azad edildi. Artıq mən köçkün deyiləm. Tezliklə doğma torpağımıza köç edəcək, ata-baba yurdu olan Qubadlımızı görəcəyəm, öpəcəyəm, sevəcəyəm, o torpağı becərəcəyəm.
Bunları bizə bəxş edən Siz oldunuz, cənab Prezident. Sizə təşəkkür edirik. Çox sağ olun.
Hörmətlə,
Səfiyarlı Türkanə Əli qızı
Azərbaycan Respublikası, Qubadlı rayonu, Dəmirçilər kəndi.