18 oktyabr 2021, 18:30

Kamil Təhməzovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident, qalib Ordunun Müzəffər Ali Baş Komandanı.

Qubadlı rayonunun işğaldan azad olunmasının ildönümü münasibətilə Sizi və ailə üzvlərinizi, bütün xalqımızı ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Siz Qarabağı, işğalda olan rayonları azad etməklə Azərbaycanın yeni tarixini qızıl hərflərlə yazdınız. Bu şanlı Zəfər ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, əzmkarlığınız və qətiyyətiniz sayəsində əldə edildi.

Möhtərəm cənab Prezident, Siz əvəzsiz fəaliyyətinizlə, cəsarətiniz və qətiyyətinizlə yalnız müqəddəs torpaqlarımızı düşmən tapdağından qurtarmadınız, eyni zamanda “ikili standartlar”ın hökm sürdüyü dünyada əsl həqiqətin nədən ibarət olduğunu sübuta yetirdiniz, ədaləti bərpa etdiniz.

Cənab Prezident, Siz Azərbaycan xalqının Milli Qəhrəmanısınız.

Hörmətlə,

Kamil Təhməzov

Qubadlı rayonu Qarağac kənd sakini

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.