15 oktyabr 2021, 13:00

Məhəmməd Əzizovdan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin işğaldan azad olunmuş Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəriniz və oradakı çıxışınız, Hadrutda yeni məscid binasının təməlini qoymağınız bir daha Sizin türk-islam ənənələrinə böyük qiymət verdiyinizi göstərdi. Siz Türk-İslam dünyasının tarixində unudulmaz bir şəxsiyyət olaraq qalacaqsınız.

Cənab Prezident, Siz görkəmli lidersiniz. Ölkəmizin təhlükəsizliyinin və bütövlüyünün etibarlı əllərdə olduğunu bir daha təsdiqlədiniz. Azərbaycan Ordusunun parlaq qələbəsi və işğal olunmuş ərazilərimizin Sizin "dəmir yumruq" əməliyyatı nəticəsində azad olunması, ölkəmizin etibarlı əldə olmasının təsdiqidir.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əzizov Məhəmməd Filman oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu.