13 oktyabr 2021, 17:01

İsrəfil Məmmədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, suverenliyinin və dövlətçiliyin qorunması istiqamətində apardığınız məqsədyönlü siyasətiniz sayəsində xalqımız bu gün firavanlıq və yüksək rifah içərisində yaşayır. Rəhbərliyiniz altında müzəffər Qrdumuzun tarixi torpaqlarımız olan Qarabağı işğaldan azad etməsi xalqın daim Sizə olan inam və rəğbətini daha da artırdı.

Mənim oğlum Məmmədov Elnur da 44 gün davam edən Vətən müharibəsində iştirak etmiş, Kəlbəcərdə gedən döyüşlərdə şəhid olmuşdur. Digər oğlum Məmmədov İsə həmin döyüşlərin iştirakçısı olub. Bildirirəm ki, oğlum İsə Məmmədovun daxili işlər orqanlarına xidmətə qəbul olunması ilə bağlı müraciətim qısa müddətdə öz müsbət həllini tapmış, o, Gəncə şəhər Baş Polis İdarəsinin polis nəfəri vəzifəsinə təyin olunmuşdur.

Cənab Prezident, bir şəhid atası olaraq şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz təşəkkürümü bildirir, xalqımız və dövlətimizin rifahı naminə apardığınız siyasəti daim dəstəkləyirik.

Hörmətlə,

Məmmədov İsrəfil İsa oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Gəncə şəhəri.