13 oktyabr 2021, 16:30

Rəsul Abdullayevdən, Cəlilabad, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Ölkəmizin çiçəklənməsi yolunda əldə etdiyiniz nailiyyətlər, xarici ölkələrlə əməkdaşlıq sahəsində görülən işlər və qazandığınız uğurlar bizi gələcəyə nikbin baxmağa səsləyir. Yürütdüyünüz daxili və xarici siyasətinizi, yorulmaz və əvəzsiz fəaliyyətinizi hər bir Azərbaycan vətəndaşı alqışlayır. Ölkəmizdə quruculuq və abadlıq işləri günü-gündən daha da genişlənir. Əhalinin rifah halının yaxşılaşdırılması, gənclərə qayğı və diqqətin artırılması, onların yaradıcılıq potensialının, inkişafının təmin olunması inkişaf etdirilməsi barədə imzaladığınız sərəncamlar layiqincə icra olunur və bundan hər bir vətəndaş bəhrələnir.

Çox sağ olun ki, bizim Prezidentimizsiniz. Biz hər zaman Sizə dua edir, Sizi dəstəkləyirik. Allah hər zaman Sizinlə olsun. Amin!

Hörmətlə,

Abdullayev Rəsul

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Ocaqlı kəndi.