12 oktyabr 2021, 19:30

Məleykə Cəfərovadan, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkəmizdə vətəndaşların sağlamlığının etibarlı qorunması, onların lazımi tibbi xidmətlə və müalicə ilə təmin olunması üçün yaradılan şəraitə görə Sizə minnətdarlığımı bildirirəm.

Mənim oğlum polis əməkdaşıdır. O, bu yaxınlarda xidmətdə olarkən avtomobillə vurulmuşdu. Vəziyyəti çox ağır idi. Rayon xəstəxanasında müayinədən keçirilmiş və ilkin tibbi xidmət göstərilmişdi. Bundan sonra DİN-in hospitalına təxliyə edilmişdir. Burada ona lazımi tibbi xidmət göstərilmiş və demək olar ki, oğlum yenidən həyata qaytarılmışdır.

Mən Sizə təşəkkür edirəm ki, məhz bizim iqtisadi gücümüz sayəsində hospital hər bir tibbi avadanlıqla, dərman və preparatlarla təmin olunmuşdur. Ölkə vətəndaşlarının qayğısına qaldığınız üçün çox sağ olun. Sizə hər zaman möhkəm cansağlığı diləyirəm.

Hörmətlə,

Cəfərova Məleykə

Azərbaycan Respublikası, Ağsu şəhəri.