12 oktyabr 2021, 13:32

Tünzalə Yusibovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin oktyabrın 9-da işğaldan azad olunmuş Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəriniz və oradakı çıxışınız, Hadrutda yeni məscid binasının təməlini qoymağınız bir daha Sizin Türk dünyasının tarixində əbədi yaşayacağınıza zəmanət verdi.

Xocavənd rayonunun tanınmış simaları ilə görüşünüz, onlarla birlikdə xatirə şəkli çəkdirməyiniz Sizin böyük səmimiyyətinizin göstəricisidir. Hadrut qəsəbəsindən sonra Tuğ kəndinin ermənilər tərəfindən dağıdılmış yerlərinə baxmağınız, demək olar ki, hər bir bina haqqında məlumatlı olmağınız Sizin həqiqətən ulu öndər Heydər Əliyevin davamçısı olmağınızı göstərdi.

Qarabağ Azərbaycandır!

Siz bizim üçün ölməz bir Sərkərdəsiniz!

Hörmətlə,

Yusibova Tünzalə Şəfahət qızı

Xocavənd rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Ağcabədi rayonu.