09 oktyabr 2021, 11:30

Əlmurad Verdiyevdən, Sumqayıt, Azərbaycan

Bizim ürəyimizdə əbədi yer alan, fəxrimiz olan cənab Prezident.

Mən müharibə vaxtı hərbi hissəyə əsgər kimi yola salındığım zaman da Sizə minnətdarlığımı yazmışdım. Ehtiyata buraxıldıqdan sonra da yazacağımı özümə söz vermişdim.

Bu məktubu yazan zaman televiziyada səmimi danışığınızı dinləyirəm. Ailəmizə o qədər doğma gəlirsiniz ki... Sizinlə fəxr edirəm, mənim əziz Prezidentim. Allah Sizi bu ölkəyə rəhbərlikdən əskik etməsin. Siz varsınız deyə firavan həyat sürürük.

Cənab Prezident, mənim atam da Vətənimizin azadlığı uğrunda vuruşub, Birinci Qarabağ müharibəsində iştirak edib, əmim isə o döyüşlərdə şəhid olub. Mən özümü əmimin qisasını almış kimi hiss edirəm. Bu Qələbə Sizin müdrik siyasətiniz sayəsində qazanıldı.

Sizə nə qədər təşəkkür etsək, yenə azdır. Vətəninə, dövlətinə bağlı bir ailə kimi hər zaman Sizinlə birlikdəyik. Bu Vətənin daha da inkişaf edəcəyinə, xalqın rifah səviyyəsinin yüksələcəyinə inamımız sonsuzdur.

Hörmətlə,

Əlmurad Verdiyev

Vətən müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.