17 sentyabr 2021, 16:00

İqbal Quliyev və başqalarından, Astara, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Sizin müstəqil və demokratik Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz müddət ərzində Azərbaycanımız böyük inkişaf yolu keçmiş, bütün sahələrdə uğurlar və nailiyyətlər əldə olunmuş, respublikamızda ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar edilmiş, xalqımıza xoş güzəran bəxş olunmuşdur. Bununla yanaşı, vətəndaşların müraciətlərinə vaxtında və düzgün baxılması istiqamətində mühüm işlər görülmüşdür.

Xalqımız Sizin apardığınız uğurlu daxili və xarici siyasətinizi yüksək qiymətləndirir və daim Sizi dəstəkləyir. Respublikamızda aparılan islahatlar nəticəsində bir sıra sahələrdə ciddi dönüş yaranmış, qanun-qayda, nizam-intizam yüksək səviyyəyə çatdırılmaqla yanaşı, müraciətlərə vaxtında və düzgün baxılması təmin olunur.

Müzəffər Ali Baş Komandan, bütün bunlar Sizin dövlət, xalq qarşısındakı əvəzsiz xidmətlərinizin bariz nümunəsidir. Buna görə də Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Quliyev İqbal

Cəfərov Elşən

Kərimov Məmməd - şəhid atası

Ağayev Habil

Hüseynli Bəxtiyar

Baxşıyev Allahverdi

Məmmədova Səbinə

Əlizadə Fərid Arif oğlu və başqaları (30 nəfər).

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.