16 sentyabr 2021, 18:00

Əlizamin Əliyevdən, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz və Mehriban xanım Əliyeva Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərirsiniz.

Mən də Vətən müharibəsinin qazisiyəm. Bizim sosial müdafiəmizin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirdiyiniz tədbirlər bunun bariz nümunəsidir. Mütəmadi olaraq bu istiqamətdə imzaladığınız sərəncamlar bu prosesin ardıcıl xarakter aldığını göstərir.

Siz şəhid ailələrinə və qazilərə arxa-dayaqsınız. Sizə və Mehriban xanıma göstərilən diqqət və qayğıya görə təşəkkür bildirir, möhkəm cansağlığı və böyük uğurlar arzulayıram.

Hörmətlə,

Əlizamin Əliyev

Vətən müharibəsi qazisi

Azərbaycan Respublikası, Bərdə rayonu.