15 sentyabr 2021, 17:52

Şamil İsrafilzadədən, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və ümumilikdə Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımdan və ailəmiz adından Sizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildirirəm.

Çox sağ olun ki, bizi hər zaman diqqətdə saxlayır, problemlərimizin həllində bizdən öz dəstəyinizi əsirgəmirsiniz.

Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Şamil İsrafilzadə

Vətən müharibəsi qazisi

Azərbaycan Respublikası, Göyçay şəhəri.