15 sentyabr 2021, 16:30
İlkin Şirinovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin apardığınız məqsədyönlü siyasət ölkəmizə hər gün yeni uğurlar bəxş edir. Məhz Sizin apardığınız çoxşaxəli siyasi kursun nəticəsidir ki, bu gün Azərbaycan xalqı dünyaya qalib bir xalq kimi sözünü deyə bilir.
Mən bir jurnalist kimi yaratdığım "gundemtv.az" xəbər saytı vasitəsilə Sizin siyasi fəaliyyətinizi işıqlandırmaqdan fərəh duyuram. Məhz Sizin sayənizdə bu gün üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə dalğalanır. Məhz Sizin sayənizdə bu gün bizim nankor qonşularımız və onların havadarları bizimlə hesablaşır. Fəaliyyətdə olduğum müddətcə Sizin siyasi kursunuzun təbliğatından əsla dönməyəcəyəm.
Hörmətlə,
İlkin Şirinov
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.