Vüqar Hümmətov və başqalarından, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin Ali Baş Komandanlığınız altında rəşadətli Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi və hazırda həmin ərazilərdə abadlıq-quruculuq, təmir-bərpa işləri görülməsi, vətəndaşlara və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması bizi hədsiz sevindirir, dövlətimizə olan inamımızı daha da artırır.
Vətən müharibəsi zamanı düşmənin atəşi nəticəsində bizim evlərə ciddi ziyan dəymişdi. Sizin diqqətiniz sayəsində artıq evlərimiz bərpa olunmuş, dəymiş ziyan aradan qaldırılmışdır.
Hörmətli cənab Prezident, bizə göstərilən diqqətə görə Sizə ailələrimiz adından təşəkkür edirik. Qarabağın bərpası yolunda gördüyünüz misilsiz işlərdə Sizə uğurlar arzulayırıq.
Hörmətlə,
Vüqar Hümmətov
Bəylər Xəlilov
Çingiz Mustafayev
Azərbaycan Respublikası, Ağdam rayonu, Dördyol-1 qəsəbəsi.