13 sentyabr 2021, 16:11

Fəridə Məmmədova və Şəfi Kərimovdan, Ağdam, Azərbaycan

Çox hörmətli cənab Prezident.

44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərlə xalqımıza yaşatdığınız hədsiz sevinc və qürur hisslərinə görə Sizə minnətdarıq.

Siz uzaqgörən, müdrik lider olaraq xalqımızı dəmir yumruq kimi öz ətrafınızda birləşdirdiniz, torpaqlarımızı işğaldan azad etdiniz, düşməni diz çökdürdünüz. Fəxr edirik ki, Sizin rəhbərlik etdiyiniz qalib ölkənin qalib vətəndaşlarıyıq.

Müzəffər Ali Baş Komandan, müharibə başa çatandan dərhal sonra azad edilmiş torpaqlarımızda yenidənqurma, bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tapşırıqlarınız bizi daha da sevindirdi. Müharibə dövründə evlərimizə dəymiş ziyanın aradan qaldırılmasını Sizin diqqət və qayğınızın göstəricisi kimi yüksək qiymətləndiririk.

Çox sağ olun, cənab Prezident.

Hörmətlə,

Fəridə Məmmədova

Şəfi Kərimov

Azərbaycan Respublikası, Ağdam rayonu, Mirəşelli kəndi.