Səmədağa Muxtarovdan, Lerik, Azərbaycan
Əziz və möhtərəm Prezidentimiz.
Mən Lerik şəhər sakiniyəm. Bu məktubu Sizə yazmağımın səbəbi son illər ərzində rayonumuzda görülən abadlıq işləri ilə bağlıdır. Biz Lerikin əvvəlki simasını da görmüşük, bugünkü mənzərəsini də seyr edirik. Görülən işlər göz qabağındadır. Sizin respublikamızın regionlarının sosial-iqtisadi inkişafına ayırdığınız diqqətin nəticəsidir ki, dağlar qoynunda yerləşən Lerik bu gün abad rayona çevrilmişdir. Yararsız yollarımıza, küçələrimizə asfalt döşənib, səliqə-səhman yaradılıb. Kəndlərdə keçmişdən qalan elektrik dirəkləri müasir dirəklərlə əvəz olunub. Bu işlər təbii ki, bizi çox sevindirir. Buna görə özümün və ailə üzvlərimin adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Hörmətlə,
Səmədağa Muxtarov
Azərbaycan Respublikası, Lerik şəhəri.