10 sentyabr 2021, 12:50

Nüsrət Manafov və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Sizin kimi Prezidenti var. Sizin Ali Baş Komandanlığınızla rəşadətli Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi və hazırda həmin ərazilərdə abadlıq-quruculuq, təmir-bərpa işləri görülməsi qəlbimizi dağa döndərib.

İkinci Qarabağ müharibəsi zamanı düşmənin atəşi nəticəsində bizim evlərə ciddi ziyan dəymişdi. Sizin diqqətiniz sayəsində artıq evlərimiz bərpa olunmuşdur.

Müzəffər Ali Baş Komandan, bizi darda qoymadığınız üçün Sizə ailələrimiz adından təşəkkür edirik. Uğurlarınız bol olsun.

Hörmətlə,

Nüsrət Manafov

Mövlanverdi Məmmədov

Şəhla Abdullayeva

Bulud Ədilova

Azərbaycan Respublikası, Ağdam rayonu, Ayaq Qərvənd kəndi.