09 sentyabr 2021, 18:50

Turan İslamovdan, Göyçay, Azərbaycan

Möhtərəm cənab Prezident.

Xalqımızın rifah halının yaxşılaşdırılması məqsədilə atdığınız bütün addımları dəstəkləyirik. Siz Azərbaycan vətəndaşlarına böyük qayğı ilə yanaşırsınız. Xüsusilə də, imtiyazlı təbəqədən olan vətəndaşlar – şəhid ailələri və müharibə əlilləri aztəminatlı ailənin üzvləri və digərləri Sizin əvəzsiz qayğınızla əhatə olunmuşlar.

Mən Vətən müharibəsi qazisiyəm, ikinci qrup əliləm. Sizin dəstəyinizi və qayğınızı mən də hiss edirəm. Sizə müraciətim əsasında mənə lazımi kömək göstərilir.

Müzəffər Ali Baş Komandan, bizə dayaq olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Turan İslamov

Vətən Müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Göyçay şəhəri.