Cəmil Cəmillidən, Yevlax, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısıyam. Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanmışam. Sizin müvafiq Sərəncamlarınızla “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşam.
Sizin qayğınızı hər zaman hiss edirəm. Prezident təqaüdü alıram. Problemlərimin həlli ilə əlaqədar Sizə ünvanladığım müraciətlərə baxılır və məni narahat edən məsələlər həllini tapmaqdadır.
Əziz Prezidentimiz, Siz bizə hər zaman dayaq olmusunuz. Allah hər zaman köməyiniz olsun!
Hörmətlə,
Cəmil Cəmilli
Vətən Müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Yevlax şəhəri.