10 sentyabr 2021, 11:44

Fəxrəddin Məmmədovdan, Ucar, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizin hər zaman zəfərlər qazanacağına inanırıq. Qədirbilən xalqımız Sizin gördüyünüz işləri yüksək qiymətləndirir və yürütdüyünüz siyasəti dəstəkləyir.

Biz xoşbəxt xalqıq ki, Sizin kimi möhkəm iradəli, qətiyyətli, uzaqgörən, müdrik və cəsarətli Prezidentimiz, Vətən uğrunda gözünü belə qırpmadan şəhid olmağa hər an hazır qəhrəman oğullarımız var.

Möhtərəm cənab Prezident, yürütdüyünüz məqsədyönlü və ardıcıl siyasət, həyata keçirdiyiniz uğurlu islahatlar nəticəsində bu gün Azərbaycan xalqı firavanlıq, əmin-amanlıq şəraitində yaşayır və gələcəyə böyük ümidlərlə baxır. Atdığınız hər bir addımla vətəndaşların yanında olduğunuzu, onların problemlərinin həllinə xüsusi önəm verdiyinizi göstərirsiniz. Sizin kimi qayğıkeş Liderimizin olması ilə fəxr edirik.

Sizə uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Ulu Tanri Sizi və Azərbaycanımızı qorusun!

Hörmətlə,

Fəxrəddin Məmmədov

Kəlbəcər rayonu Şurtan kənd sakini

Azərbaycan Respublikası, Ucar rayonu.