09 sentyabr 2021, 11:33
Rauf Yusifovdan, Bərdə, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Öncə Sizi İkinci Qarabağ müharibəsində qazandığımız böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm.
Mən, Yusifov Rauf Çingiz oğlu Bərdə rayon Qarağacı kəndində yaşayıram, evliyəm, iki övladım var. Mən İkinci Qarabağ müharibəsi iştirakçısıyam. Sizin şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına olan diqqət və qayğınızı alqışlayırıq.
Cənab Prezident, mən müharibədən qayıtdıqdan sonra işsiz idim. Bununla əlaqədar Sizə müraciət etmişdim. Müraciətimə baxıldı və mən artıq işlə təmin olunmuşam. Buna görə ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Yusifov Rauf,
İkinci Qarabağ müharibəsi iştirakçısı.
Azərbaycan Respublikası, Bərdə rayonu, Qarağacı kəndi.