08 sentyabr 2021, 17:40

Ehtimad Səfərlidən, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Sizin Komandanlığınızla müzəffər Ordumuz yağı düşmən üzərində şanlı Qələbə qazandığı üçün mən Vətən müharibəsi iştirakçısı olaraq fəxarət hissi duyuram. Bu Qələbə tarix boyu qədirbilən xalqımız tərəfindən xatırlanacaq və əziz tutulacaq.

Sizin müharibə iştirakçılarına və şəhid ailələrinə olan qayğınız misilsizdir. Bizi narahat edən problemlərimiz də Sizin sayənizdə öz həllini tapır. Sizə ünvanladığım müraciət əsasında səhhətimlə əlaqədar mənə kömək göstərilir.

Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı və hər zaman uğurlar arzulayıram.

Hörmətlə,

Səfərli Ehtimad,

Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.