08 sentyabr 2021, 16:48
Bəxtiyar Babayevdən, Şirvan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin Müzəffər Ali Baş Komandanlığınızla İkinci Qarabağ müharibəsində qazandığımız böyük Qələbə Azərbaycan tarixində əbədi qalacaq. Mən də Vətən müharibəsində iştirak etmişəm və bununla fəxr edirəm.
Hörmətli Prezident, Sizin Qarabağ qazilərinə göstərdiyiniz diqqət və qayğı böyük razılıqla və rəğbətlə qarşılanır. Bu günlərdə bu diqqət və qayğını öz üzərimdə hiss edərək bildirmək istəyirəm ki, səhhətimlə bağlı Sizə etdiyim müraciətə operativ qaydada baxıldı və mənə lazımi kömək göstərildi. Bizə verdiyiniz bu cür yüksək dəyərə görə Sizə minnətdarlığımı bildirirəm.
Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
Bəxtiyar Babayev
Vətən müharibəsi qazisi
Azərbaycan Respublikası, Şirvan şəhəri.