07 sentyabr 2021, 19:00
Bakir Abdullayevdən, Ağdam, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ölkəmizin inkişafı, vətəndaşlarımızın xoş güzəranı üçün yorulmadan çalışmağınıza görə Sizə minnətdarıq.
Azərbaycan Sizin rəhbərliyinizlə çox böyük uğurlara imza atıb. Bu Sizin uzaqgörən siyasətinizin, hərtərəfli islahatlarınızın sayəsində mümkün olub. Sizin kimi qayğıkeş, humanist Liderimizin olmasından qürur duyuruq.
Müzəffər Ali Baş Komandan, biz Sizə inanırıq və güvənirik. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəyi daha parlaq olacaq, xalqımız bundan da xoşbəxt həyat yaşayacaq. Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar arzu edirik.
Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
Bakir Abdullayev
Azərbaycan Respublikası, Ağdam rayonu, Seyidli kəndi.