07 sentyabr 2021, 15:00

Zaur Cəfərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

İşğaldan azad olunmuş Füzulidə inşa edilən beynəlxalq hava limanına ilk sərnişin təyyarəsinin eniş etməyi bizi o qədər sevindirdi ki, hər birimizin keçirdiyi hissləri sözlərlə ifadə etmək çox çətindir. Sadəcə, təsəvvür eləsək ki, cəmi bir il öncə bu torpaqlar düşmən tapdağı altında idi, 11 ay öncə buralarda qızğın döyüşlər gedirdi, bugünkü möhtəşəmlik göz qabağındadır.

Sizin dediyiniz kimi, böyük qayıdış başlayır. Düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyinizdən tam əminik.

Cənab Prezident, gördüyünüz bütün bu işlərə görə, bu gözəl anları bizə yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Zaur Cəfərov

Azərbaycan Respublikasının Əməkdar idman ustası, pauerliftinq üzrə dəfələrlə dünya və Avropa çempionu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.