06 sentyabr 2021, 11:53

Mirsiyab Məmmədovdan, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yağı düşmən üzərində qazanılan Qələbəyə və torpaqlarımızın işğaldan azad edilməsinə görə Sizə ömür boyu minnətdar olacağıq.

Düşmənin vandalizm aktları nəticəsində viran qoyulmuş şəhər və rayonlarımız Sizin diqqət və qayğınız sayəsində sürətlə bərpa olunur, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri görülür. Bizim Ağdam rayonu da düşmən tərəfindən demək olar tamamilə məhv edilmişdi. Ancaq biz ümidliyik. Bilirik ki, indiki xarabalığı xatırladan məkanda Sizin sayənizdə möhtəşəm şəhər salınacaqdır.

Həmçinin bildirmək istəyirəm ki, kənd əhalisinin qayğısına qalmağınız, onların problemlərinin həlli ilə əlaqədar göstərişlər verməyiniz bizi sevindirir. Bütün bunlara görə kəndimizin əhalisi adından və şəxsən öz adımdan Sizə minnətdarlığımızı bildirir, daim uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Mirsiyab Məhiş oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Zəngişalı kəndi.