İlham Hüseynovdan, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin Ali Baş Komandanlığınızla Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Siz möhkəm iradəniz, qətiyyətiniz, cəsarətiniz, mahir sərkərdəlik bacarığınız sayəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz, doğma Qarabağımızı özümüzə qaytardınız.
Əziz Prezidentimiz, Siz hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə yüksək diqqət və qayğı göstərmisiniz, onların problemlərinin həllini, o cümlədən məşğulluğunun təmin olunmasını diqqətdə saxlamısınız. Bu, bizi çox sevindirir.
Sizə ailəmiz adından dərin minnətdarlığımı bildirir, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Hüseynov İlham Məmmədağa oğlu.
Azərbaycan Respublikası, Sabirabad rayonu, Quruzma kəndi.