03 sentyabr 2021, 13:55

Famil İsmayılov və Baxşeyiş Vəliyevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

İkinci Qarabağ müharibəsi dövründə düşmənin atdığı mərmilər evlərimizi dağıtmış, bizi çətin vəziyyətdə qoymuşdu. Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Sizin diqqət və qayğınız sayəsində evlərimiz bərpa olunmuşdur. Əminik ki, Ağdam şəhəri də bərpa olunacaq və düşmənin xarabalığa çevirdiyi yerdə möhtəşəm şəhər salınacaq.

Cənab Prezident, Sizin xalqımız üçün gördüyünüz işlər misilsizdir. Buna görə Sizə ailələrmiz adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

İsmayılov Famil,

Vəliyev Baxşeyiş.

Azərbaycan Respublikası, Ağdam rayonu, Ayaq Qərvənd kəndi