02 sentyabr 2021, 13:43

Fəxrəddin Allahverdiyevdən, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin sayənizdə bu gün biz həyatımızın ən xoşbəxt, qürurlu günlərini yaşayırıq. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin bizə bəxş etdiyi sevinci sözlə ifadə etmək çox çətindir. Bu Qələbəyə görə Sizə borcluyuq. Çünki məhz Sizin müdrikliyiniz, düşünülmüş siyasətiniz, əzminiz, qətiyyətiniz sayəsində düşmənə qalib gəldik. Azərbaycan xalqına bu sevinci yaşatdığınıza görə Sizə minnətdarıq. Sizinlə fəxr edirik.

Hörmətli Prezident, Siz işğaldan azad edilmiş torpaqlarımızda yüksək səviyyəli yenidənqurma, bərpa işlərinin həyata keçirilməsi ilə yanaşı, müharibə dövründə evlərimizə, təsərrüfatımıza dəymiş zərərin ödənilməsini də diqqətdə saxlayır, bununla bağlı müvafiq göstərişlər verirsiniz. Mənim də təsərrüfatıma dəymiş zərərin əvəzi ödənilib. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Allahverdiyev Fəxrəddin Pəsi oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Əhmədağalı kəndi.