26 avqust 2021, 14:11

Ayaz Həsənlidən, Ucar, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz, 44 günlük Vətən müharibəsinin iştirakçıları Sizin diqqət və qayğınızı daim öz üzərimizdə hiss edirik. Sosial müdafiəmizin gücləndirilməsi, sağlamlığımızın qorunması istiqamətində gördüyünüz bütün işləri yüksək qiymətləndiririk. Bu yaxınlarda səhhətimlə bağlı Sizə etdiyim müraciətdən sonra mənimlə əlaqə saxlanıldı. Hazırda müalicəmlə bağlı nə lazımdırsa, edilir. Çox sağ olun. Göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirəm.

Sizə cansağlığı, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Ayaz Həsənli

Vətən müharibəsinin iştirakçısı

Azərbaycan Respublikası, Ucar rayonu.