Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8-ci maddənin adında “sağlamlıq imkanları məhdud uşağı olan” sözləri “uşağının əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.2. 8.2-ci maddədə “Sağlamlıq imkanları məhdud” sözləri “Əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.3. 11.1-ci maddənin ikinci cümləsində “Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun” sözləri “Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin” sözləri ilə əvəz edilsin;
1.4. 12.1-ci maddə üzrə:
1.4.1. birinci cümlədə “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.4.2. ikinci cümlədə “II və III dərəcə əlilliyi olan” sözləri “Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.5. 12.2-ci maddədə, 13.3-1-ci və 17.2-ci maddələrin birinci cümlələrində “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.6. 14.1.1.2-ci maddədə “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilsin;
1.7. 14.1.2-ci maddədə “I və ya II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.8. 20.1.1-ci, 20.1.3-cü, 20.1.4-cü, 20.1.5-1-ci, 20.1.6-cı, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.16-cı, 20.1.18-ci, 20.1.20-ci, 20.3-cü və 20.22-ci maddələrdə “I dərəcə” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə” sözləri ilə əvəz edilsin;
1.9. 20.16.1-ci və 20.16.2-ci maddələrdə “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.10. 21.2.4-cü maddədə “I dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri ilə əvəz edilsin;
1.11. 21.2.6-cı maddədə “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.12. 36-cı maddə üzrə:
1.12.1. adında “Əlillik dərəcəsi” sözləri “Orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə əvəz edilsin;
1.12.2. 36.1-ci maddədə “Əlillik dərəcəsi” sözləri “Orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə və “əlillik dərəcəsinin” sözləri “orqanizmin funksiyalarının pozulması faizinin” sözləri ilə əvəz edilsin;
1.13. 37.5-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri çıxarılsın.
Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2021-ci il