Həsən Məmmədov və başqalarından, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz respublikamızın bütün bölgələrində yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə xüsusi diqqət yetirirsiniz. Xüsusilə də kəndləri və qəsəbələri birləşdirən avtomobil yollarının inşası və yenidən qurulması son illərdə geniş vüsət alıb. Yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərməklə yanaşı, rayonların simasını da köklü surətdə dəyişdirir, eləcə də nəqliyyatın və əhalinin rahat, təhlükəsiz, maneəsiz hərəkətini təmin edir.
Müzəffər Ali Baş Komandan, İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlərə dair bu yaxınlarda imzaladığınız Sərəncamı böyük sevinc hissi ilə qarşıladıq. Göstərdiyiniz diqqət və qayğıya görə Kürd Eldarbəyli kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Əziz Prezident, Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün layihələr uğurla icra olunur. Bu siyasətin bəhrəsini hər bir vətəndaş öz həyatında hiss edir.
Sizə uzun ömür, cansağlığı, vətəndaşların rifahının daha da yaxşılaşdırılması üçün gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Həsən Məmmədov
Kamal Sadıqov
Elməddin Zeynalov
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Kürd Eldarbəyli kəndi.