Akif Nağı və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab İlham Əliyev.
Hörmətli cənab Rəcəb Tayyib Ərdoğan.
Biz, Azərbaycanın ictimai təşkilatları olaraq qardaş Türkiyənin müxtəlif ərazilərində baş verən yanğın fəlakəti ilə bağlı dərin kədərimizi ifadə edirik. Yanğınlar nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik.
Azərbaycanın bu ağır günlərdə Türkiyənin yanında olmasından qürur duyur, iki qardaş ölkənin həm çətin, həm də xoş anlarda bir-birinə dəstək verməsi ilə fəxr edirik.
İnanırıq ki, Türkiyə dövləti bu dəfə də düşmənlərin məkrli niyyətinin qarşısını alacaq, bu mücadilədən də qalib və daha güclü çıxacaq.
Biz Azərbaycanın və Türkiyənin böyük fəlakətə qarşı mübarizəsinə öz kiçik töhfəmizi verməklə bağlı Sizə müraciət edirik. Xahiş edirik, təmsil etdiyimiz təşkilatları, üzvlərimizi yanğınların söndürülməsi, bərpa tədbirlərinin və digər işlərin görülməsi üçün səfərbər edəsiniz.
Biz Azərbaycanın və Türkiyənin – iki qardaş ölkənin Ali Baş komandanlarının mücadiləyə hazır əsgərləyirik. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!
Hörmətlə,
Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri
Sultan Əzimzadə
“20 Yanvar” Cəmiyyətinin sədri
Emin Həsənli
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri
Firidun Məmmədov
“Qarabağ Qazilərinə Qayğı” İctimai Birliyinin sədri
Mehdi Mehdiyev
“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri
Firuzə Əsədullayeva
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri