Flora Kərimovadan, Bakı, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Birinci Qarabağ savaşından son günlərə qədər yığılıb qalan nisgili xalqımızın çiyinlərindən götürdüyünüzə görə Sizə sonsuz minnətdaram.
Milli qürurun bərqərarlığını, xalqın həmrəyliyini, Ordumuzun özgüvənini qaytarmağınız, Şuşamı görə bilmək imkanını bəxş etməyiniz mənim üçün ən böyük dəyərdir.
67 illik sənətimə böyük dəyər verərək məni "Şərəf” ordeninə layiq bildiyiniz üçün, göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Qəhrəman şəhidlərimizin hamımız üçün əziz xatirəsinə görə ad günümü qeyd etmədiyim nəzərinizdən qaçmadı. Mövqeyimə hörmətlə yanaşdığınız üçün Sizə minnətdaram. Bunu bilərək, övladımın doğum günündə sənətimə verilən dəyərlə yanaşı, balamın da ömür yoluna öz imzanızı yazdınız.
Duyduğum hörməti, sayğını dilə gətirərək Sizə xoşbəxtlik və uğurlar arzulayıram.
Bilin ki, Qarabağ üçün Vətən savaşında canından keçməyə hazır əsgərlərinizin sırasında Flora adlı sıravi əsgəriniz də var!
Zəfərə gedən yolunuz işıqlı olsun!
Hörmətlə,
Flora Kərimova
“Şərəf” ordenli Xalq artisti
Azərbaycan Respublikası, Bakı şəhəri