Zülfüqar Hüseynovdan, Sumqayıt, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Sizə 44 günlük Vətən müharibəsində göstərdiyiniz şücaət, əzm, dəyanət, mərdlik üçün bir azərbaycanlı olaraq dərin təşəkkürümü bildirirəm.
Siz sözü ilə əməli bir olan qətiyyətli, əsl Lidersiniz. Müharibə dövründə öz dəmir yumruğunuz, yürütdüyünüz dövlət siyasəti ilə bir daha bütün dünyaya sübut etdiniz ki, Azərbaycanın güclü, qorxmaz Müzəffər Ordusu, birlik göstərən xalqı, ən əsası Sizin kimi yenilməz, qətiyyətli Prezidenti var.
Sizin qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə imzaladığınız 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsini böyük ruh yüksəkliyi ilə dəstəkləyirik. Həm Azərbaycan, həm türk xalqının rifahı naminə iqtisadi əlaqələrin gücləndirilməsi, Zəngəzur dəhlizinin açılması kimi məsələlərin əhəmiyyətinin vurğulanması bir daha sübut etdi ki, bizim qardaşlığımız əbədidir, sarsılmazdır. Azərbaycanın bütövlüyü uğrunda apardığınız mübarizədə düşmənin başını “dəmir yumruq” ilə əzərək Zəfər qazandığınız üçün Sizə bir daha öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bizim 30 illik Qarabağ həsrətimizə son qoydunuz.
Mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Bir ziyalı olaraq, mən və ailəm, xalqımız Sizin apardığınız dövlət siyasətini dəstəkləyir, Sizə bu yolda daim zəfər çalmağı, ailənizlə birlikdə cansağlığı, xoşbəxtlik arzulayırıq.
Hörmətlə,
Zülfüqar Hüseynov
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.