24 iyun 2021, 17:52

Könül Heydərovadan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin xalqımız, dövlətimiz üçün apardığınız siyasəti diqqətlə izləyir və dəstəkləyirik. 44 günlük Vətən müharibəsinin xalqımızın Qələbəsi ilə başa çatması Sizin Ali Sərkərdəliyinizin bariz nümunəsidir.

Cənab Prezident, qardaş türk xalqının lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 15 iyun - Milli Qurtuluş Günündə Azərbaycanın tacı, mədəniyyət mərkəzimiz olan Şuşa şəhərində imzaladığınız Bəyannaməni ikinci “dəmir yumruq” kimi qiymətləndiririk.

Var olun cənab Prezident.

Ulu Öndərin başladığı siyasi kursu belə uğurla davam etdirməyiniz xalqımızı dünya xalqları arasında söz sahibi etmişdir. Buna görə Sizə təşəkkür edirik, cənab Prezident.

Şuşanı öz həqiqi sahibinə - Azərbaycan xalqına qaytardığınız üçün Sizə “çox sağ olun!” deyirik, cənab Prezident!

Hörmətlə,

Heydərova Könül İlyasxan oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi.