24 iyun 2021, 12:43
Tünzalə İmanovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
44 günlük müharibədən sonra Şuşa Bəyannaməsinin imzalanmasını Sizin növbəti diplomatik qələbəniz kimi dəyərləndiririk.
Türk dünyasının iki liderinin - Rəcəb Təyyib Ərdoğanın və Sizin Füzuli və Şuşada görüşünüz, bir füzulili və azərbaycanlı kimi mənə qurur hissi yaşatdı.
Şuşa Bəyannaməsinin imzalanması ilə bir daha düşmənin başına dəmir yumruq vurdunuz. Biz müəllimlər, bütün ziyalı ordusu hər zaman Sizi dəstəkləmişik və bundan sonra da hər zaman yanınızdayıq.
Əziz Prezidentim, Sizə başladığınız bütün işlərdə uğurlar diləyirəm!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
İmanova Tünzalə Fazil qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.