Məftunə Kərimovadan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident,
Azərbaycanın və bütövlükdə türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Sizin və Rəcəp Tayyip Ərdoğanın görüşü böyük tarixi hadisədir.
2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında əməkdaşlıq və müttəfiqlik səviyyələrinə uyğun xalqlarımızın maraqlarına xidmət edir. Azərbaycan və Türkiyə müstəqillik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınma, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmama prinsipini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.
Tarixi uzaq keçmişə dayanan bu qardaşlıq xalqalarımız arasında bağlılığı daha da möhkəmləndirib. Türkiyə Cümhuriyyətinin qurucusu M.K.Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadələrini xalqlarımız milli-mənəvi sərvət kimi dəyərləndirir.
Bu qardaşlıq və dostluq əbədi olsun!
Yaşanan bu xoşbəxt günlərin səbəbkarı, Sizə - Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin və sonsuz ehtiramla təşəkkürümü bildirirəm.
Hörmətlə,
Kərimova Məftunə İdris qızı, Füzuli rayon sakini.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.