22 iyun 2021, 11:48

Rəşad Məmmədovdan, Ağcabədi, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Kəndimizin bütün sakinləri adından Sizi salamlayır, bizə yaşatdığınız sevincli qürur hisslərinə görə minnətdarliq bildirirəm.

15 iyun Milli Qurtuluş günümüzə xüsusi bir özəllik qatdınız, düşmən gözünə dağ basdınız, dost sevindirdiniz. Qardaş dövlətin Prezidenti, türk dünyasının böyük oğlu Rəcəb Tayyib Ərdoğanla imzaladığınız tarixi "Şuşa bəyannaməsi" Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Türkiyə dövləti ilə olan qardaşlıq münasibətlərimizə bir az da doğmalıq qatdı.

Sizin uzaqgörən, xalqın rifahına hədəflənmiş siyasətimizi vətəndaş olaraq yaxından izləyir və ürəkdən bəyənirik. Allah ulu öndər Heydər Əliyevə rəhmət etsin ki, Sizin kimi bir rəhbər xalqımıza bəxş edib.

Tanrı Sizə yar olsun! Biz də kəndimizin sakinləri, müstəqil dövlətimizin bir hissəsi olaraq daim Sizin yanınızdayıq. İnanırıq ki, Sizin sayənizdə gələcəkdə uğurlarımız daha da çox olacaq. Bütün mövcud olan problemlər də öz həllini tezliklə tapacaq. İndi hamımız oturub həvəslə işğaldan azad olunmuş torpaqlarımıza qayıdacağımız günü gözləyirik.

Tanrı Sizi xalqımıza çox görməsin.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Rəşad Məmmədov

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Biləyən kəndi.