17 iyun 2021, 14:18

Böyükağa Abdullayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

30 ildən sonra azad edilmiş Qarabağ torpaqlarında Azərbaycan və Türkiyə Prezidentləri arasında bağlanmış 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsi bu günə kimi Azərbaycan və Türkiyə dövlətləri arasında bağlanmış ən dəyərli sazişdir.

Bu gün bu bəyannaməni imzalamaq Sizə qismət oldu. Bu baxımdan Siz və Rəcəb Tayyib Ərdoğan türk dünyasının ən xoşbəxt insanlarısınız. Siz hər ikiniz Prezidentlik fəaliyyətləri dövründə tarix yazdınız və adlarınınızı tarixə saldınız.

2021-ci il 15 iyun tarixi Türk dünyasında böyük tarixə çevrildi. Əminəm ki, bu tarix gələcəkdə bütün Türk dünyası tərəfindən bayram günü kimi qeyd ediləcək. Rəbbim bunu da bizə nəsib edəcəkdir. Bu Saziş türk və Azərbaycan xalqının gələcək xoşbəxtliyinin təminatıdır. Bu xoşbəxtik isə bütün türkdilli xalqların xoşbəxtliyidir. Amalımız ədalətsizliyə qarşı ədalətli mübarizə aparmaqdır.

Bu münasibətlə şəxsən öz adımdan və ailəmin adından Sizi, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı və bütün türk dünyasını təbrik edirəm.

Hörmətlə,

Abdullayev Böyükağa Abdulla oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.