Aqşin Əkbərovdan, Biləsuvar, Azərbaycan
Hörmətli cənab Prezident,
Son zamanlar Sizin rəhbərliyinizlə baş verən tədbirləri bir Azərbaycan vətəndaşı olaraq böyük sevinc və qürurla izləyirik. 30 illik torpaq həsrətinə son qoyulması, həyatımıza, yaşam tərzimizə o qədər müsbət təsir edib ki, bunları sözlərlə ifadə etmək çətindir. Böyük türk millətinin iki böyük liderinin məhz Şuşada görüşməsi bütün dünyaya verilən bir mesajdır. Bu mesaj türk millətinin böyüklüyünü və sülhsevərliyini dünyaya çatdırır. Artıq biz 15 iyun tarixini həm Milli Qurtuluş, həm də Milli Qürur günü kimi qeyd edəcəyik.
Bütün bunların Sizin sayənizdə olmasına görə, bu qüruru bizə yaşatdığınıza görə Sizə minnətdaram. Siz türk tarixinə zəfər qazanmış sərkərdə kimi adınızı qızıl hərflərlə həkk etdiniz. Siz bu millətə yeni bayramlar bəxş etdiniz.
Sizinlə qürur duyuram, cənab Prezidentim!
Allah Sizi qorusun!
Hörmətlə,
Əkbərov Aqşin Əfrayıl oğlu
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Xırmandalı kəndi